Bakıda dəhşət: qatarın altında qalıb öldü

http://www.bizimyol.info/az/wp-content/uploads/2017/06/tecili-tibbi-yardim.jpg
















Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Binəqədi rayonu ərazisində – Biləcəri dəmir yolu vağzalının yaxınlığında 1956-cı il təvəllüdlü Mövlanov Dövlət Allahverdi oğlu yük qatarının altında qalıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 62 yaşlı kişi həkimlərin səyinə baxmayaraq vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 262.2-ci maddəsi ( Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə iş başlanılıb. Araşdırma aparılır./ Lent.az
loading...