Qobustanda İBTİDAİ ÖZBAŞINALIQLAR... - GİLEY -

18-12-2018, 14:00            163 dəfə baxılıb
 Qobustan rayonu, Qaracüzlü və Ərəbşahverdi kənd sakinlərindən İbrahim Hüseynov, Kamilov Kamal Nəbi oğlu, Mirzəməmmədov Mehdibala Heybət oğlu,Xalıqov Təbriz Babazada oğlu,Yusifov Əzim, Muradov Oktay, Qaraş Mürşüd oğlu Allahverdiyev tərəfindən dia.az-a şikayət ərizəsi ünvanlanıb. Narazı vətəndaşlar yazır:

"Vaxtilə Qobustan rayonu Qurbançı kənd bələdiyyəsinin sədri olmuş Musayev Əlikram Ələkbər oğlu sonradan öz yerinə təyin etdiyi dostu Gülpaşa Paşayevlə gizli sövdələşərək bizim ailələrimizə məxsus pay torpaqlarını əvvəlcə icarə adı altında götürmüş, sonradan isə digər kənar şəxslərə satmaqla kənd sakinlərini (Qaracüzlü və Ərəbşahverdi kəndlərində)sonuncu mülkiyyət hüquqlarından məhrum etmişlər. Məsələn, Qaracüzlü kəndidndən bizim, yəni 38 ailəyə məxsus və hətta 2003-2005-ci illərdə vəfat etmiş valideynlərimizin adından saxta etibarnamə tərtib edərək ilk bələdiyyə sədri olmuş Ə.Musayev 02 aprel 2006-cı il tarixində Məmmədov malik Xeyrulla oğluna üst üstə 526 ha pay torpaqlarımızı ailə üzvlərinin razılığı olmadan satmışdır. Ərəbşahverdi kəndindən isə Allahverdiyev qaraş mürşüd oğluna məxsus 17 ha pay torpaq sahəsini sonrakı bələdiyyə sədri Gülpaşa Paşayev əvvəlcə, yəni 2007-2012-ci illər üçün 5 illik icarə müqaviləsi bağalyıb ( hər ha-ı 20 manat illik icarə haqqı olmaqla)istifadə edib. 2012-ci ildən sonra isə bildiriblər ki, siz bələdiyyəyə bu 17 ha torpağı birdəfəlik satmısınız. Amma ortalıqda nə icarə müqaviləsi, nə də alqı-satqı müqaviləsi yoxdur".

Daha sonra müraciətdə deyilir: "Qurbançı bələdiyyəsi ona daxil olan Qaracüzlü, ərəbşahverdi və Qurbançı kəndləri üzrə cəmi 5000 ha əkin sahələrini hər il hektarı 2 manat olmaqla taxıl üçün əkilməyə icarə verir və 10000 manat gəlir əldə edir. Amma yerli bələdiyyənin büdcəsinə daxil olan bu vəsaitin hansı təyinat üzrə xərcəlndiyi barədə sədrdən başqa kimsənin məlumatı yoxdur.

Qurbançı bələdiyyəsinə daxil olmuş icarə haqları hər üç kəndə aid qış otlaq sahələri xırdabuynuzlu heyvanlar üçün icarəyə verdikləri ərazilər: Müşgəmir-1 -200 ha, Müşgəmir-2 üzrə 450 ha, Papır – 300 ha, “Azbentonit” -700 ha, Qarabulaq -550 ha, cağarfirma – 430 ha, Çayqovşan -480 ha ( sonuncu ərazi yerli İcra Hakimiyyəti başçısının sənərncamına əsasən 2010-cu ildə 10 il müddətinə icarə müqaviləsi əsasında verilmişdir) Əlavə olaraq Çayqovuşanda Uzundərə” adlı ərazidən isə fiziki şəxs kimi Səmıədova Natəvan Böyükağa qızının adına 500 ha ərazi icra Hakimiyyəti tərəfindən icarəyə verilmişdir. Qonşu Ərəbşahverdi kəndində isə “Ağbalaq”dan 300 ha, Pirsat” otlaq sahəsindən 450 ha qış otlaq sahəsi qoyunçuluq üçün icarəyə verilmişdir. Sözügedən min hektarla qış otlaq və taxıl əkini sahələrinin qanuni və qanunsuz formada icarəyə verilən ərazilərindən yığılan külli-miqdarda pul vəsaitinin taleyi nə siravi bələdiyyə üzvlərinə, nə də yerli kənd sakinlərinə məlum deyil. Görünən budur ki, faktiki olaraq yerli bələdiyyə sədri G.Paşayaev təkcə icarə haqlarından əldə etdiyi külli-miqdarda vəsaiti nə yollların bərpasına, nə imkansız ailələrə maddi yardımın verilməsi və digər məslələrlə əlaqədar xərc çəkməmişdir. Hesab edirik ki, Qurbançı Bələdiyyəsinin sədrinin maliyyə maxenasiyaları təkcə bunlarala bitmir. Dövlət büdcəsindən bələdiyyənin saxlanması üçün ayrılan illik vəsaitin, Bələdiyyə sədrinin şəxsən dövlət mülkiyyətində olan örüş sahələrinin qanunsuz olaraq taxıl əkməsindən və qohum-qardaşlarının adlarına yazılmış taxıl əkilməsi ( formal sənədləşmələrlrə)adı altında dövlətdən aldıqları külli-miqdarda subsidiyaları əvvəl-axır hesabını soruşan tapılacaqmı? Kimə lazımdır Bələdiyyə sədrinin Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinə göndərdiyi saxta protokolları?"

Müraciət müəllifləri spnda prezident İlham Əliyevə xitab edirlər: "Cənab Prezident! Biz Sizdən çox xahiş edirik ki, onsuz da son dərəcə acınacaqlı durumda yaşadığımızı nəzərə alaraq son ümid yerimiz olan pay torpaqlarımızı saxtakarlıqla əlimizdən almış, minlərlə hektar torpaq sahələrini özünə aid olmadan icarəyə verən Qurbançı Bələdiyyəsinin son 10 illik maliyyə fəaliyyətinin araşdırılmasına göstəriş verəsiniz".

Dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Aim.az:шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.