Bakıda içərisində 30 000 dollar və 100 000 manatlıq qızıl olan seyfi oğurlayan şəxslərin məhkəməsi başlayıb -

2-11-2018, 15:45            29 dəfə baxılıb
 Bakı Ağır Cinayətlər Məhkəməsində evdən içərisində 30 000 dollar və 100 000 manat dəyərində qızıl olan seyf oğurlamaqda təqsirləndirilən Aslan Qasımov, Familə Vəliyeva, İmamverdi Həsənov, Elnur Aslanov və Sahib Həsənbəylinin cinayət işi üzrə üzrə məhkəmə iclası başlayıb.
Aim.az "Report"a istinadən xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası noyabrın 12-nə təyin edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bu il aprelın 22-də paytaxt sakini olan bir nəfər şəxs Xətai rayon Polis İdarəsinə müraciət edərək rayon ərazisində yerləşən fərdi yaşayış evindən içərisində 30 000 ABŞ dolları və 100 000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin oğurlandığını bildirib.
Cinayət işi üzrə iki nəfər - Yelena Kobelkova və Abil Qədirov zərərçəkmiş qismində tanınıb.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : [email protected]
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.