Xalq artistinin doğum günü etirafı: “Buna görə ərimə yalvarırdım…” -

1-11-2018, 15:15            32 dəfə baxılıb
 Tanınmış aktrisa, xalq artisti Elmira Şabanova növbəti doğum gününü qeyd edir.
Aim.az Yenicag.az-a istinadən xəbərinə görə aktrisa doğum günü təssüratlarını bölüşüb:
“Ad günümü ailəmlə bərabər qeyd edəcəyik. Oğlum, qızım, gəlinim hədiyyələrlə təbrik etdilər. Çox istərdim ki, belə özəl günümü çəkiliş meydançasında keçirim. Amma təəssüf ki, daha kino çəkilmir. Xoşbəxtəm ki, kinonun tərəqqi dövründə filmlərə çəkilmişəm.
Həyat yoldaşım məşhur rejissor idi. Evlənəndən sonra məni filmlərə çəkilməyə qoymurdu. Ərimə yalvarırdım ki, kinoya çəkilməyimə icazə versin. Yaxşı ki, milli kinomuzun ən gözəl nümunələrində rol aldım. O filmlər tarixdə qalıb. İndi kino ilə bərabər mən də ölmüşəm.
Hətta pulsuz da çəkilərəm, təki sanballı əsərlər ekranlaşdırılsın. Hamı serial çəkir, amma mən özümü o seriallarda görə bilmirəm. İndiyə qədər qazandığım tamaşaçı sevgisini itirmək istəmirəm”.
Xalq artisti incikliyini də gizlətməyib:
“Rusiya və digər ölkələrdə gözəl ənənə var. Sənətkarların doğum günündə onların çəkildiyi filmlər, tamaşalar efirdə nümayiş olunur. Bizdə isə belə deyil, heç yada salan da olmur”.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : [email protected]
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.