Ağdam təhsilinə əmri gəlməmiş, başa bəla gəlmiş Farid Muradov kimdir? - Dosye -

4-03-2019, 15:15            166 dəfə baxılıb
 Ağdamda "arxı keçməmiş hop" edən bir məmur təhsil ictimaiyyətinin canına yapışıb

Cahan.info xəbər verir ki,
 Farid Muradov adlı şəxs hələ rəsmi əmri gəlməmiş rayon təhsil şöbəsində "meydan sulayır". O, rəsmi əmr olarsa, Ağdam təhsil şöbəsinin müdirinin müavini vəzifəsini daşıyacaq.

Ancaq heç bir təyinat olmadığı halda F.Muradov təhsil şöbəsi müdiri Mətanət Misirxanovanın təlimatları ilə müavinlik funksiyalarını qeyri-rəsmi həyata keçirməyə başlayıb. Nə Təhsil Nazirliyinin, nə Ağdam İcra Hakimiyyətinin xəbəri var. 

Ağdamdan gələn xəbərlərdə deyilir ki, M.Misirxanovanın "sağ əli" missiyasını yerinə yetirən F.Muradov məktəblərin, texnikumların, peşə liseylərinin başına bəla olub. 

Onun gəldiyi gündən Ağdam təhsili ilə əlaqəli adamlar erməni ilə sərhəddə olduqlarını unudublar. 

İddialara görə, F.Muradov məktəb direktorlarına "gün verib, işıq vermir". Onlardan rüşvət tələbi, əsassız pul yığımı, müəllimlərdən bu vəsaitlərin alınması ciddi narazılıq yaratmaqdadır. 

Rəsmi əmri gəlməmiş, amma Ağdam təhsilinin başına bəla gəlmiş F.Muradovun fəaliyyətinin ilk günlərdən ciddi etiraz doğurması nəzərləri M.Misirxanovaya yönəldib. 

Çünki yeni müavinə bu şəraiti yaratmaqda təhsil şöbəsinin xanım müdiri ittiham olunur. Hazırda deyilənlərə görə, F.Muradovun tapşırığı əsasında məktəblərdən 8 mart pulu da yığılmaqdadır. Halbuki, nazir dəfələrlə xəbərdarlıq edib. 

Ümumiyyətlə, Misirxanova özünü Ağdam təhsilinin Misir fironu kimi aparır. Ağdam rayon Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin Ağdam üzrə əməkdaşı Məhəmməd Aslanov birgə özbaşınalıqları ört-basdır edərək nazirliyin gözündən iraq etməyə çalışırlar.

Ağdam təhsili qərəz meydanına çevrilib. Bu iki məmurun kimdən xoşu gəlmirsə onları şərləməklə, hədə -qorxu gəlməklə və başqa yuxarı orqanlara yalnış məlumat verməklə işdən azad edirlər.

Press-az.com-da gedən yazıda qeyd olunur ki, Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova vəzifəyə təyin olunan zaman bildirib ki, Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov mənim yaxınımdır və onun köməkliyi sayəsində bu vəzifəyə təyin olunmuşam.

Amma bunu özündən uydurduğu, PA məmuru ilə əlaqəsi olmadığı, adından usi-istifadə etdiyi haqda söhbətlər dolaşır. Ölkənin ən biabırçı təhsil idarəçiliyi, məhz bu rayona məxsusdur. Söhbət Ağdam rayonunun təhsil sistemindən gedir. 

Baxça müdiri Mətanət Misirxanovanın Ağdam Rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsinə təyin edilməsindən sonra vəziyyət rəzalətə çevrilib. Misirxanova , Təhsil Şöbəsini bazar qaydaları ilə idarə edir.

Müəllimlərin dərs saatlarının pulları M.Misirxanovanın göstərişinə əsasən direktorlar, dərs hissə müdirləri vasitəsilə başqa müəllimlərin adına yazılır. 

Rayon təhsil şöbəsinin rəhbərliyi böyük fırıldaqçılıq şəbəkəsi yaradıblar.

Məktəb direktorları da onun dediyini edərək dərs saatlarını başqa müəllimlərə satırlar. Ağdam rayonundan Təhsil Nazirliyinə yazılan məktubların aidiyyatı üzrə çatdırılmasına M.Misirxanova imkan vermir.

Ağdam təhsilində biabırçı olaylar davam edir. Məktəb direktoru olmaq üçün keçirilən müsabiqədə kim Mətanət Misirxanova ilə anlaşıbsa, o da qalib olub. Bu barədə mozalan.az-a rayondan məlumat veriblər.

Rubrika.az yazmışdı ki, təkcə 2017-ci ildə martın 8-də hər bir məktəbdən 500 manatdan pul yığılıb: 

“135 məktəbdən 500 manat yığılanda, 67 min 500 manat edir. Bir dəfəyə bu qədər yığılan pul fantastikadır. Bir ay ərzində 87 min 750 manat rüşvət…”

Mətbuatda Mətanət Misirxanovanın cinayət tərkibi yaradacaq daha bir hərəkəti barədə söz açılıb. Belə ki, Ağdam rayonunun Çəmənli Kənd Orta Məktəbindən TŞ-nin 30.06.2016-cı il tarixli əmri ilə işindən qanunsuz olaraq çıxarılması Azərbaycan Respublikası adından çıxarılmış Qərarı ilə təsdiqini tapmışdır.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağdam Rayon İcra Şöbəsi tərəfindən 01.11.2017-ci il tarixli icraata başlamaq haqqında çıxarılmış qərarda qeyd edilir:

Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(104)-1315/2017 saylı, 29.03.2017-ci il tarixli icra sənədinə əsasən Ağdam Rayon Təhsil Şöbəsinin 30.06.2016-cı il tarixli 60 № li əmri ləğv edilərək tələbkar Tarverdiyev Ərəstun Sabir oğlu Ağdam rayon Çəmənli Kənd Orta Məktəbində əvvəlki təlim tərbiyyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməlidir.

Ancaq çox təəssüf ki, məhkəmə qərarı bu qədər müddət keçməsinə baxmayaraq bu günə kimi icra olunmamaqdadır. 

Ancaq buna rəğmən qərarda daha sonra yazılır; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.2-ci maddəsinə əsasən işə bərpa etmək haqqında icra sənədi dərhal icra edilir.

Bu qərar çıxarılmasından bir aydan da çox vaxt keçməsinə baxmayaraq TŞ rəhbərliyi nə qərarı icra edir, nə də barəsində hər hansı bir tədbir görülmür. Görəsən niyə? 

Mətanət Misirxanovanın Azərbaycan Respublikası qanunvericiliyini poza bilməsi üçün digər vətəndaşlarımızdan fərqləndirəcək hansısa bir istisna toxunulmazlığımı var? 

Bir müddət əvvəl Ağdam rayonunun tanınmış pedaqoqu Tahir Əliyevdən Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova rüşvət istədiyi xəbəri vetenperverler.az saytında yayılmışdı.

Şikayətçinin sözlərinə görə, Ağdam rayon Təhsil Şöbəsınin müdiri Mətanət Misirxanova ilə görüşdükdə ona deyib ki: “Müəllim, bir illik müqavilə 2000-3000 manata başa gəlir.

Yəni bu müqaviləni Regional İdarədə və Nazirlikdə təsdiq etdirmək üçün bu qədər pul lazım gəlir. Ancaq sənə hörmət edərək 1000 manat istəyirəm”. Göründüyü kimi, M.Vəliyev regional idarədə təsdiq üçün bazar açıb.

Bu xüsusda qeyd etmək yerinə düşər ki, Tərtər Regional Təhsil İdarəsinin yaradılması heç də bu zonada təhsilin inkişafına, neqativ halların aradan qalxmasına xidmət etmədi.

Ağdam, Tərtər, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon təhsil şöbələrinin bazasında Tərtər Regional Təhsil İdarəsi fəaliyyət göstərir. 

Altı rayon bu idarəyə tabedir. İdarənin rəisi olan Malik Vəliyev bu struktur dəyişikliyinə qədər Laçın təhsil şöbəsi müdiri olub.

Onun Laçın TŞ direktoru olarkən büdcəni talaması, rüşvətxorluğu, hətta icra hakiminin pulunu kuryerlik edərək “reket” redaktora çatdırması dillərdə dastandır. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.