Daha bir məktəbdə uşaq müəllimə tərəfindən döyüldü-FOTO -

12-02-2019, 11:22            53 dəfə baxılıb
 Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehovun verdiyi yeni məlumata görə isə artıq Bakı şəhər Təhsil İdarəsinin Araşdırma şöbəsinə gösəriş verilib ki,məsələ ilə bağlı araşdırma aparılsın

Bolgexeber.com-a daxil olan məlumata görə 44 saylı orta məktəbdə təhsil alan aşağı sinif şagirdi Şükürzadə Zəhra Rövşən qızı Elmira adlı müəllimə tərəfindən döyülüb. Şükürzadə Zəhranın atası Şükürov Rövşən Əlibarat oğlunun saytımıza dediyinə görə qızı dərs zamanı Elmira müəllimə tərəfindən dəmir xətkeşlə döyülməyə məruz qalıb. Məsələ ilə bağlı Təhsil Nazirliyinin Qaynar Xətti ilə əlaqə saxladıq. Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildidi ki,faktla bağlı aidiyyatı qurumlar maraqlanacaq.Uşağın valideyini həmçinin bildirdi ki,övladının döyülməsi ilə bağlı Baş Prokurorluğa və Daxili işlər nazirliyinə də müraciət edəcək.
Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehovun verdiyi yeni məlumata görə isə artıq Bakı şəhər Təhsil İdarəsinin Araşdırma şöbəsinə gösəriş verilib ki,məsələ ilə bağlı araşdırma aparılsın.

 шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.