Sahil Babayev başına yanlış adamları yığır... - İDDİA -

22-01-2019, 18:00            64 dəfə baxılıb
 Xəbər verildiyi kimi, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli əmək və əhalinin sosial müdafiəsi nazirinə müşavir təyin edilib.

AzToday.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin yeni müşaviri heç də xəbər saytlarında təqdim edildiyi kimi müsbət imicə malik deyil. Belə ki, Mustafa Abbasbəyli “ISR Auto/Toyota Baku” şirkətinin baş direktoru vəzifəsində işləyən zaman yol verdiyi saxtakarlığa görə işdən çıxarılıb. Bu barədə redaksiyamızı bilgiləndirən mənbənin sözlərinə görə, Mustafa Abbasbəyli direktoru olduğu şirkətdə “Kitayski mal”lardan istifadə etdiyi üçün qəzəbə tuş gəlib. Məhz bu saxtakarlıq faktının üstü açılandan sonra şirkətin sahibi İsgəndər Xəlilov tərəfindən Mustafa Abbasbəyli 2015-ci ildə vəzifəsindən uzaqlaşdırılıb.

“ISR Auto/Toyota Baku” şirkətində baş verən sözügedən qalmaqal mətbuatda geniş işıqlandırılmışdı. Amma nə sirdirsə internetdə Mustafa Abbasbəylinin yol verdiyi saxtkarlıqla bağlı bir yazı da tapa bilmədik. Görünür, Mustafa Abbasbəyli internet üzərindən yazıları sildirməklə qaranlıq keçmişini unutdura biləcəyini düşünübmüş. Bu baxımdan Sahil Babayevin məhz belə şəxslərin məsləhətinə ehtiyac duyması da qaranlıq mətləblərdən xəbər verir.

Qeyd edək ki, Mustafa Aslan oğlu Abbasbəyli 1980-ci il sentyabrın 27-də Azərbaycan SSRİ-in Gəncə şəhərində ziyalı ailəsində doğulub.

1987-ci ildə 4 saylı Gəncə şəhər orta məktəbinə daxil olmuş, 1991-ci ildə 5 saylı Gəncə şəhər orta məktəbinə, 1995-ci ildə isə 12 saylı Gəncə şəhər orta məktəbinə keçmiş və 1996-cı ildə həmin məktəbdən məzun olub.

1996—2000-ci illərdə Xəzər Universitetinin Humanitar və sosial elmlər fakültəsində, “Beynəlxalq Hüquq” ixtisası üzrə, 2000—2001-ci illərdə isə Türkiyənin Ege Universitetinin Türk dili və ədəbiyyatı fakültəsində “Türk Dili” ixtisası üzrə bakalavr səviyyəsində ali təhsil alıb.

2001—2003-cü illərdə Ankara Universitetinin Hüquq fakültəsində “Xüsusi Hüquq” ixtisası üzrə magistratura pilləsini bitirib.

2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu aspirant olaraq daxil olmuş, 2009-cu ildə “12.00.03 – mülki hüquq; ailə hüququ; sahibkarlıq hüququ; mülki proses; beynəlxalq xüsusi hüquq” ixtisası üzrə “Bazar iqtisadiyyatına keçid dövründə sığorta müqavilələrinin mülki-hüquqi tənzimlənməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2004-cü ildən Standard Insurance sığorta şirkətində baş hüquqşünas olaraq fəaliyyətə başlamış, 2005-2010-cu illərdə şirkətin Hüquq və Sığorta Hadisələri Departamentinə rəhbərlik etmişdir. 2010-2011-ci illərdə İdarə Heyətinin üzvü olmuş, 2011-2014-cü illərdə şirkətin İdarə Heyətinin sədr müavini vəzifəsində fəaliyyət göstərmişdir.[8][9][10][11] 2011 – 2014-cü illərdə Standard İnsurance Georgia Sığorta Şirkətinin Müşahidə şurasının üzvü vəzifəsində fəaliyyət göstərmişdir. 2014-2016-cı illərdə “ISR Auto/Toyota Baku” şirkətinin baş direktoru vəzifəsində fəaliyyət göstərib.

Bununla bərabər 2013-cü ildən hal-hazıradək Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat və İdarəetmə” kafedrasında müəllimdir.

2015-ci ildən 2018-ci ilədək Caspian European Clubun İdarə Heyətinin üzvü, Hüquq komitəsinin sədri, Vergi və Gömrük Komitəsinin sədri, klubun Baş Direktoru vəzifələrində çalışıb.

2016-cı ilin aprel ayından 2018-ci ilədək Beyli Group şirkətinin Baş Direktoru, 2018-ci ilin yanvar ayından Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri vəzifəsində çalışıb.

2002–2003-cü illərdə Azərbaycanlı tələbələrin Türkiyədəki təhsil məsələləri üzrə təmsilçisi olaraq fəaliyyət göstərib.

2008-2010-cu illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq Komitəsinin üzvü, 2010-2014-cü illərdə isə həmin komitənin sədri vəzifəsində çalışıb.

2007-ci ildən Azərbaycan Vəkillər Kollegiyasının, 2010-cü ildən isə Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür.

2014-cü ildən Layf Xeyriyyə İctimai Birliyinin Himayəçilər Şurasının sədridir.

50-dən çox elmi əsərin, o cümlədən 2 kitabın müəllifi, 3-ünün isə həmmüəllifidir.
Qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq!

Aim.azшаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.