“Məndən min manat pul istədi” – Azərbaycanda rüşvət istəyən aparıcı ifşa edildi -

11-01-2019, 13:00            44 dəfə baxılıb
 Gəncədə yerləşən “Nostalji” restoranı ilə tanınmış teleaparıcı Azər Zahidin müəllifi olduğu “Yoxlama” verilişi arasında qalmaqal yaşanıb.

CAHAN.İNFO xəbər verir ki, bu haqda restoranın direktoru Anar Məmmədov deyib.

O bildirib ki, “youtube”də yayımlanan “Yoxlama” verilişinin əməkdaşları ondan pul istəyib: “Bir neçə gün öncə bir nəfər mənə yaxınlaşaraq və dedi ki, restoranınız Gəncədə yaxşılar sırasındadır. Mənim yanıma gələn şəxsin adı Xaliq Camalzadə idi. O bildirdi ki, Azər Zahidlə bir yerdə verilişin aparıcısıdır. Dedi ki, gəlib sizdən veriliş çəkəcəyik. Buna görə də bizə min manat verməlisiz”.

Anar Məmmədov bildirib ki, pul vermədiyinə görə restoran haqda tənqidi veriliş hazırlanıb: “Mən pul vermədiyimə görə onlar bizim restoran haqda tənqidi veriliş hazırladılar. Dizaynımıza isə “taxta, tuxta” deyərək, buranı seçən insanları təhqir etdilər. Daha sonra mətbəximizə girmək istədilər, mən isə bildirdim ki, çəkiliş olmadan hər bir müştəri mətbəximizə daxil ola bilər, mətbəxlə tanış ola bilər”.
Aim.azшаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.