Bakı şəhər İcra Hakimiyyətinin İdarəsi ləğv edildi

http://banker.az/wp-content/uploads/2018/01/baki-icra-hakimiyyeti-BIH-696x521.jpg














Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Reklam və İnformasiya İdarəsi ləğv olunduğunu elan edib.

Kreditorlar tələblərini 2 ay ərzində Səbail rayonu İstiqlaliyyət küçəsində yerləşən Bakı şəhər İcra Hakimiyyətinə bildirə bilərlər.

Qeyd edək ki, keçən il dövlət başçısının sərəncamı ilə Dövlət Reklam Agentliyi yaradılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin strukturuna daxil olan Reklam və İnformasiya İdarəsi isə qanunvericiliyə müvafiq olaraq, Bakı şəhəri ərazisində reklam və informasiya siyasətinin həyata keçirilməsi, küçə reklam daşıyıcılarına nəzarəti həyata keçirən dövlət orqanı funksiyasını yerinə yetirirdi.
loading...