Təcili Putinin yanına uçdu: gözlər Sankt-Peterburqdan gələn CAVABA YÖNƏLDİ -

6-12-2018, 17:00            32 dəfə baxılıb
 Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) neft hasilatının ixtisarı haqqında yeni razılaşma ilə bağlı son qərarı qəbul etmək üçün Rusiya prezidenti Vladimir Putinin qərarını gözləyirlər.
Aim.az Sonxeber.az-a istinadən xəbər verir ki, bu haqda OPEC-in Vyana sammitində iştirak etmək üçün toplaşan nümayəndə heyətlərindəki mənbələrə istinadən "Blomberg" agentliyi bildirib.
Agentlik iddia edir ki, Moskva hasilatın ixtisarına həvəssizdir. "Blomberg"in məlumatına görə, Rusiyanın energetika naziri Aleksandr Novak Putinlə operativ danışıqlar aparmaq üçün Sankt-Peterburqa uçmağı planlaşdırır.
"Yalnız Rusiya mövqeyinin elanından sonra OPEC-də konsultasiyalar davam edəcək, çünki dünya neft hasilatında Moskvanın payı Səudiyyə Ərəbistanından başqa, təşkilatın bütün üzvlərinin payını əhəmiyyətli dərəcədə ötür.
"Biz neft hasilatının əhəmiyyətli ixtisar olunması haqqında Rusiyanın müqaviməti ilə rastlaşmışıq", - agentliyin anonim mənbəyi şikayətlənib.
Qeyd edək ki, əvvəlcə Səudiyyə Ərəbistanı və OPEK ölkələri neft hasilatını gündəlik 1,3 milyon barel ixtisarı etməyi planlaşdırırdılar. Bu halda, Rusiyadan gündəlik 300-350 min barel azaltmağı tələb edirlər. Rusiya isə öz növbəsində, bildirir ki, hasilatı yalnız 140-150 min barel azaltmağa hazırdır. İndi OPEK yeni parametrləri müzakirə edir. Söhbət gündəlik 500 min barel ixtisardan gedir.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.