Azərbaycanlı quldurlar uzaq Sibirdə atışır - 1 ölü, 2 ağır yaralı var... -

2-12-2018, 10:45            25 dəfə baxılıb
 Rusiyanın Yamal-Nen muxtar vilayətinin Nadım rayonunda Azərbaycandan olan mütəşəkkil cinayətkar qruplaşmalarının nümayəndələri arasında atışma baş verib.

Aim.az Virtualaz.org-a istinadən xəbər verir ki, dekabrın 1-də baş vermiş atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər ağır yaralıdır və reanimasiyadadır.Ölən şəxsin mütəşəkkil qruplaşmalardan birinin lideri olduğu bildirilir. "Razborka"nın səbəbi biznesin bölüşdürülməsi üstündə yaranan münaqişədir.
Nadım rayonu üzrə daxili işlər idarəsindən bildiriblər ki, şəxsi heyət həyacan siqnalı ilə qaldırılıb. Atışmanın iştirakçılarının yaxalanması üçün genişmiqyaslı axtarış tədbirləri həyata keçirilir, habelə şahidlər dindirilir, atışma iştirakçılarının kimliklərinin müəyyən olunması üçün istintaq aparılır.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.