İranda 5,2 bal gücündə zəlzələ baş verib

https://apa.az/upload/images/news/2017/december/21/big/3b768ce27f92f82f3b97f3057c1e3b65.jpg













İranın şimal bölgəsində 5,2 bal gücündə zəlzələ baş verib.



aim.az APA-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.



Yeraltı təkanların episentri Kərəc şəhərindən 17 km cənubda, ocağı isə 7 km dərinlikdə yerləşib.



Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
loading...