Türkiyənin Dənizli vilayətinin Mərkəzəfəndi mahalında təlim təyyarəsi qəzaya uğrayıb. Aim.az Publika.az-a istinadən xəbər verir ki, hazırda bölgədə axtarış-xilasetmə işləri başladılıb. Dənizli valisi Həsən Karahan içində iki nəfərin olduğu təyyarənin Aydın Çıldır hava limanından qalxdığını bildirib. Təyyarənin içində olan insanların taleyi barədə hələ məlumat yoxdur. шаблоны для dle 11.2