İŞİD terrorçuları Nigeriyada Rann şəhərini işğal edib -

15-01-2019, 08:30            143 dəfə baxılıb
 Nigeriyada İŞİD terrorçuları ilə əlaqədə olan silahlılar Rann şəhərini işğal ediblər.
Aim.az Milli.Az-a istinadən bildirir ki, terrorçular ordunu şəhərdən çıxarıblar. İlkin məlumata görə, şəhər tamamilə terrorçuların əlinə keçib.
Hərbçilərdən biri anonimliyin saxlanılması şərti ilə bildirib ki, hökumət qüvvələri yaşayış məntəqəsini tərk edib.
Məlumata görə, hadisə milli seçkilərdən bir neçə həftə əvvəl baş verib. Hücum prezident Məhəmməd Buxarinin fevralda nəzərdə tutulmuş seçkilərdə yenidən seçilmək planına zərbə vurmaq niyyəti daşıyıb.
Daha əvvəl Nigeriya Prezidenti Məhəmməd Buxari öldüyü və onun əvəzinə Sudandan oxşarının gətirildiyi barədə yayılan şayiələri təkzib edib.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.