Aeroportda bomba HƏYƏCAN I -

14-01-2019, 13:45            146 dəfə baxılıb
 Rusiyanın paytaxtı Moskvada Vnukovo hava limanında polis yoxlama aparır.
Unikal.org-un məlumatına görə, buna aeroport ərazisində bomba qoyulması barədə anonim zəng səbəb olub.
Qeyd olunur ki, hazırda hava limanının bütün ərazisində xüsusi itlərin vasitəsilə axtarış davam etdirilir.
Bununla belə, aeroport rəhbərliyi təxliyənin planlaşdırılmadığını, hava limanının adi rejimdə işini davam etdirdiyini bildirib.
Eyni zamanda, Domodedovo və Şeremetyevo hava limanlarına analoji anonim zənglərin daxil olduğu deyilir.
Hər üç aeroportda axtarışlar davam etdirilir.

Aim.azшаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.