Ukraynada azərbaycanlı güllələndi -

7-11-2018, 15:07            53 dəfə baxılıb
 Ukraynanın Kropivnitski şəhərində Azərbaycan vətəndaşı güllələnib.
Aim.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Ukrayna KİV məlumat yayıb.
“Noyabrın 6-da, yerli vaxtla 22:00-də Verxniy Permsk küçəsində naməlum şəxslər vətəndaşa atəş açıblar. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib. Ölən kişinin şəxsiyyəti müəyyənləşdirilib. Məlum olub ki, o, 40 yaşlı Azərbaycan əsilli vilayət sakinidir.Faktla bağlı araşdırmalar aparılır”, - vilayətin baş polis idarəsinin nümayəndəsi Vitalin Bevzenko deyib.
Yerli KİV-lər həmin şəxsin əvvəllər məhkum olunduğunu yazıblar. Hücum edənlərin iki nəfər olduğu bildirilib.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : [email protected]
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.