Suriyada rusiyalılar aviazərbə nəticəsində ölüb -

4-01-2019, 17:00            215 dəfə baxılıb
 Beynəlxalq koalisiya qüvvələrinin Suriyanın Deyr-əz-Zor əyalətində İŞİD-in nəzarətində olan rayona endirdiyi aviazərbə nəticəsində Rusiya vətəndaşlığı olan bir qadın və bir uşaq həyatını itirib.
Aim.az Oxu.Az-a istinadən xəbər verir ki, bu haqda “RİA Novosti” Çeçenistan başçısı yanında insan haqları şurasının üzvü Xeda Saratovaya istinadən məlumat yayıb.
Saratova Yaxın Şərqin münaqişə zonalarından rusiyalı qadın və uşaqların təxliyyə olunaraq, vətənə qaytarılması üzrə İşçi qrupa daxildir.
Saratova ölən qadının 35 yaşlı Çeçenistan sakini Həvva Əhədovaolduğunu bildirib. Onun 1,5- 12 yaş arasında olan beş qızını müvəqqəti olaraq bölgədə olan kürd ailə himayəsinə götürüb.  
Digər aviazərbə isə həmin rayonda Rusiya vətəndaşlarının yaşadığı başqa bir evə tuş gəlib.
“Raketin evə düşməsi nəticəsində Dağıstandan olan Roza Yüzbəyovanın dörd yaşlı nəvəsi Xalid həyatını itirib. Uşağın anası omba-çanaq nayihəsindən ağır xəsarət alıb və hərəkət edə bilmir. İkinci övladı Ömər sağ qalıb və anasının yanındadır”, - deyə Saratova bildirib.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.