Nazirdən şəhid ailələrinə müraciət: məhkəməyə verin -

13-11-2018, 14:46            120 dəfə baxılıb
 "Bu gün də narazılıq edən 100 şəhid ailəsini şəxsən özüm qəbul etdim".
Aim.az Sonxeber.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib.
Nazir vurğulayıb ki, hər bir şəhid ailəsi haqqı olan məbləği alacaq: "Amma haqqı olmadan nəyisə tələb etmək düzgün deyil. Tələb olunan 3 sənəd saxtadırsa, buna artıq hüquq mühafizə orqanları baxmalıdır. Bizdən bank ödənişi tələb edirlər. Amma 26 il heç bir bank o sənədi saxlamır. Olmayan sənədi bizdən tələb edirlər. Qanunla qəbzlər saxlanılır, sonra arxivə verilir və məhv edilir. Bu gün yenə onları qəbul etdim. Yenə də deyirlər ki, biz razı deyilik. Onlara izah etdim ki, razı olmadığınız məsələləri hüquqi müstəvi də həll edə bilərsiniz. Məhkəməyə müraciət edə bilərsiniz. Ama hər kəs üçün müqəddəs olan şəhid adından bu cür istifadə etməki düzgün deyil. Bu problem 1 aydır ki, davam edir".шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.