Prokuror uşaq həkiminə qarşı dələduluq edən şəxsə cəza istədi -

13-11-2018, 14:36            55 dəfə baxılıb
 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Cahid İsayevin cinayət işi üzrə məhkəmə davam etdirilib.
Aim.az Oxu.Az-a istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
O, C.İsayevin səkkiz il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses noyabrın 20-də davam etdiriləcək.
İttiham aktına əsasən, C.İsayev Familə Abdullayeva ilə Mehriban Məmmədovaya qarşı dələduzluq edib. O, Bakıda həmin şəxslərə yalan vəd verərək, depolardan tibbi ləvazimatlar alıb apteklərə satmaq yolu ilə gəlir əldə edəcəklərini bildirib. Qadınlar həmin işin görülməsi müqabilində ona 95 min manat pul verəndən sonra isə C.İsayev verdiyi vədə əməl etməyərək onları aldadıb.
Daha sonra F.Abdullayeva və M.Məmmədova hüquq-mühafizə orqanlarına müraciət edib.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş C.İsayev saxlanılaraq istintaqa təqdim edilib.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, M.Məmmədova 2000-ci illərdən Uşaq Nevroloji Xəstəxanasında həkim vəzifəsində çalışır.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.