Beyləqan Mərkəzi Rayon Xəstəxanasında baş verənlərdən həqiqətənmi baş həkimin xəbəri yoxdur - Araşdırma -

13-11-2018, 12:15            74 dəfə baxılıb
 Beyləqan rayon Mərkəzi xəstəxanasında baş verən qanuna zidd hallar Baş həkim Əli Məmmədovu nədənsə narahat etmir.
 
Belə ki, “Söz Azadlığı” ictimai – siyasi, hüquq, onlayın qəzetinin redaksiyasına şifahi olaraq müraciət etmiş Beyləqan rayon sakini öz söhbətində bildirdi ki, 04 aprel  2018-ci il tarıxdən, 16 aprel 2018-ci il tarıxə kimi Beyləqan rayon Mərkəzi xəstəxanasında ya ambulator, ya da ki, stasionar müalicə almadan ona 12-gün müddətinə xəstəlik vərəqəsi - bülletin almışdır. Bəli, almışdır. (pulunu verib)
Redaksiyamıza daxil olan məlumatı KİV haqqında qanunun tələblərinə uyğun olaraq araşdırmaq məqsədi ilə əməkdaşımız baş həkimlə görüşüb məsələyə aydınlıq gətirmək istəmişdir. Əməkdaşımızı qəbul edən Beyləqan rayon Mərkəzi xəstəxanasının baş həkimi Əli Məmmədov məsələyə aydınlıq gətirmək əvəzinə heç nə olmamış kimi əməkdaşımızı məlumatda adı hallanan xəstəxananın  tibbi personalından olan Şəmil həkimin yanına göndərməklə öz vəzifəsini bitmiş hesab etmişdi. Verilən izahatları rəsmi sənədlərlə təsdiqlənməsini xahiş edən əməkdaşımızı ayaq üstə qarşılayan Şəmil həkim heç bir sənəd göstərməmiş və ya göstərə bilməmişdi, “həm suçluyam, həm də güclüyəm” prinsipinə uyğun olaraq səs-küy salmaqla məsələni ört-basdır etməyə çalışmışdır.
Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatının  baş həkimin vəzifə təlimatının 8-ci bəndinə görə baş həkimin məsuliyyətini baş həkim Əli Məmmədovun diqqətinə çatdırmaq istərdik - Tibb müəssisənin rəhbəri əmək intizamının, qanunvericilik və normativhüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsinin asılı olaraq intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.
Əslində Beyləqan rayon mərkəzi rayon xəstaxanasının baş həkiminin redaksiyamıza daxil olan məlumatın yanlış olmasını təsdiq edən sübutları əməkdaşımıza təqdim etməməsi həmin məlumatın doğruluğuna bizdə inam yaratmaqdadır... Bu istiqamətdə araşdırmalarımız davam edir.
Araşdırmamalarımızdan sonra:
Beyləqan rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində arayışların pullu və ya pulsuz olması;
Xəstəxananın doğum şöbəsində yeni doğulmuş uşaq neçəyə başa gəlir?
Beyləqan xəstəxanasında laboratoriyada analizlər və UZİ-də müayinə neçəyədir?
Suallarını cavablandırmağa çalışacağıq.
Qarşı tərəflərin də münasibətlərini çap etməyə hazırıq.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.